
AFFA İntizam Komitəsi Bərdənin “Pambıqçı” klubunun U-10 və U-12 liqalarında çıxış edən komandalarını çempionatdan kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, səbəb hər iki komandanın mövsümdə üçüncü dəfə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşmələridir.
“Pambıqçı”nın U-12 komandası Zərdabın “Məhsul” kollektivi ilə səfər, U-10 komandası isə Tərtər “Ramal”ı ilə ev qarşılaşmasında təyin edilən vaxtda meydanda olmayıb. Nəticədə hər iki görüş baş tutmayıb.