
İspaniya "Real Madrid"inin futbolçusu Kilian Mbappe "kral klubu"nda debüt mövsümündə Avropa Çempionlar Kuboku və Çempionlar Liqasında qol sayı üzrə rekordu təkrarlayıb.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, fransalı hücumçu 2009/2010 mövsümündə Kriştianu Ronaldunun və 1961/1962 mövsümündə Xusto Texadanın 7 qolluq göstəricisinə çatıb.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda Mbappe het-trik edib. Madrid təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, adını 1/8 finala yazdırıb. O, ötən yay Fransanın PSJ klubundan ayrılaraq "Real Madrid"ə keçib.