
Qarlı hava şəraiti Azərbaycan I liqasında mübarizə aparan “Zaqatala”nın ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya İdman Kompleksinin stadionuna da təsir edib.
Sportnet.az xəbər verir ki, stadionun meydanı qarla örtülüb. Bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb.
"Zaqatala" komandanın azarkeşlərini qarı təmizləmək üçün köməyə çağırıb:
"Əziz azarkeşlərimiz Zaqatalaya yağan güclü qar səbəb ilə Zaqatala şəhər stadionunun qazonu qarla örtülüb. Bu səbəbdən, komandamız məşqləri bərpa edə bilmir. Bu gün saat 13:30-dan klubumuzun üzvləri qarın təmizlənməsinə başlayacaq. Sizdən xahişimiz bizə dəstək olmağınız və bu çətin prosedurda bizə köməklik etməyinizdir. Yardıma gələcək hər kəsdən təmizlik avadanlıqlarını özü ilə bərabər gətirməyi xahiş olunur".