
Şotlandiyanın "Reyncers" klubu yeni baş məşqçi ilə anlaşıb.
Sportnet.az xəbər verir ki, mövsümün sonunadək kollektivə Barri Ferqyuson rəhbərlik edəcək.
Komandanın sabiq futbolçusu və kapitanı bu postda Filipp Klemanı əvəzləyib. 47 yaşlı mütəxəssis keçmiş komanda yoldaşları Nil Makann, Billi Dodds və Allan MakQreqoru, eləcə də İssam Şaraini özünə köməkçi götürüb.
Ferqyuson 1997 - 2003, 2005 - 2009-cu illərdə bu komandada çıxış edib və 431 oyunda 60 qol vurub.
Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 27 turdan sonra 56 xalla ikinci pillədə yer alıb və lider "Seltik"dən 13 xal geri qalır. UEFA Avropa Liqasının 1/8 finalında isə Qlazqo təmsilçisi Türkiyənin "Fənərbağça" komandası ilə üz-üzə gələcək.