
“Mançester Yunayted”in yarımmüdafiəçisi Karlos Kazemiro klubundan ayrılmaq istəmir.
Sportnet.az “TEAMtalk”a istinadən xəbər verir ki, braziliyalı futbolçu ona indiki qazancı ilə müqayisə oluna biləcək maaş təklif edilməsə, klubunu tərk etməyəcək.
Adı "Roma" ilə hallanan futbolçu “Mançester Yunayted”də həftədə 350 min funt-sterlinq (təqribən 420 min avro) qazanır. Onun hazırkı müqaviləsinin sonuna - 2026-cı ilin iyununa qədər “qırmızı şeytanlar”da qalacağı bildirilib. Bundan sonra isə azad agent kimi komandasını tərk edə bilər..
Qeyd edək ki, Kazemiro 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted”ə keçib.