
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundakı ilk matçında qol vurub.
Sportnet.az xəbər verir ki, Polşa çempionatında XXIII turunun açılış oyununda “Radomyak” öz meydanında “Vidzev”lə qarşılaşıb. Meydan sahibləri məğlubiyyətdən son dəqiqədə Dadaşovun qolu sayəsində yaxa qurtarıblar – 1:1. Milli üzvü oyuna 80-ci dəqiqədə daxil olub.
Hazırda “Vidzev” 27 xalla 11-ci, “Radomiak” isə 25 xalla 13-cü yerdədir.