
Uruqvay milli komandasının və Meksikanın "Leon" klubunun futbolçusu Nikolas Fonseka oğurlanaraq qarət olunub.
Sportnet.az-ın "El Pais" nəşrinə istinadən məlumatına görə, hadisə 26 yaşlı hücumçu klubunun məşqinə gedərkən baş verib. Silahlı cinayətkarlar onun nəqliyyat vasitəsini yolda ələ keçiriblər.
Xavbek iki saat girov saxlanıldıqdan sonra oğurlandığı yerdən 25 km aralıda insanların olmadığı yerdə maşından çölə atılıb. Hazırda Fonseka ilə bağlı hər şey qaydasındadır. Baş verənlərə baxmayaraq, o, klubun qarşıdakı oyununda iştirak etməyə hazırdır.
Qeyd edək ki, Nikolas Fonseka karyerası ərzində İtaliyanın "Novara", Uruqvayın "River Pleyt" və "Uonderers" komandalarında da forma geyinib. O, Uruqvay millisində 3 oyunun iştirakçısı olub.