
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Sabah" “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.
Görüşdə hesabı meydan sahibləri açıb. Xəyal Əliyev 7-ci dəqiqədə fərqlənib. Cəmi 4 dəqiqə sonra qonaqların futbolçusu Bernardo Dias hesabı bərabərləşdirib.
Masazır təmsilçisi 64-cü dəqiqədə Sofian Çaklanın qolu ilə yenidən önə keçsə də, 73-cü dəqiqədə Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci qolunu vurub.
Vasili Berezutskinin komandası 34 xalla 5-ci, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə 46 xalla 3-cüdür.
Qeyd edək ki, turun digər oyunlarında “Şamaxı” səfərdə “Səbail”i, “Zirə” “Turan Tovuz”u, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Kəpəz” - “Neftçi” qarşılaşması ilə yekun vurulacaq.
------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Turan Tovuz" komandası doğma meydanında "Zirə"ni qəbul edib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
5-ci dəqiqədə "Zirə"nin kapitanı Qismət Alıyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
56-cı dəqiqədə İssa Cibrila hesab arasındaki fərqi artırıb.
"Zirə" xallarının sayını 48-ə çatdıraraq 2-ci pillədəki mövqeyini möhkənlədib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla dördüncüdür.
Günün digər görüşündə "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı, "Şamaxı" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.
-----------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha iki qarşılaşması keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionda baş tutacaq oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Qərb klubu son 3 ev oyununu qolsuz tərk etməyib. “Qartallar” isə son 2 matçda qol vurmayıb.
“Turan Tovuz” 42 xalla 4-cü olduğu təqdirdə, “Zirə” 3 xal daha çox toplayaraq ikinci sırada qərarlaşıb.
Günün digər matçında “Sabah" “Araz-Naxçıvan"ı qonaq edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq.
“Bayquşlar” son 4 görüşdə qol vurub və uduzmayıb. Masazır təmsilçisinin ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.
“Sabah” 33 xalla 5-ci, “Araz-Naxçıvan” 45 xalla 3-cüdür.
Qeyd edək ki, XXV turun ötən gün keçirilən oyunlarında “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
XXV tur
4 mart (çərşənbə axşamı)
17:30. "Turan Tovuz" – "Zirə" - 2:0
Qollar: Qismət Alıyev, 5 (penalti ilə). İssa Cibrila, 58
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:30. "Sabah" – "Araz-Naxçıvan" - 2:2
Qollar: Xəyal Əliyev, 7. Sofian Çakla, 64 - Bernardo Dias, 11. Ülvi İsgəndərov, 73
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
"Bank Respublika Arena"