
Zuhir Benouahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı şəkildə xitam verilib. "Xəzər Lənkəran” komandanı tərk edən hər bir futbolçuya klubda olduqları müddətdə xidmətləri qarşılığında təşəkkür edir və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Bununla yanaşı, ötən mövsümü AZAL-da keçirmiş müdafiəçi Aleksandr Şemonayev həyətə cəlb edilib. Sol cinah müdafiəçisi əvvəllər "Simurq” və "Abşeron”un da formasını geyinib. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

