
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi Polşanın “Radomyak” klubu növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Radom təmsilçisi Polşa Ekstraklassasının XXIV turunda “Krakoviya”nın qonağı olub.
Qarşılaşma “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə meydana daxil olan Dadaşov 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a ötən ay keçib. O, yeni klubunda qol hesabını ötən turda “Vidzev”lə matçda açıb - 1:1.