
"Səbail"in futbolçusu Süleyman Alluş "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVI tur matçında meydandan qovulub.
Sportnet.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi 73-cü dəqiqədə rəqib futbolçuya kəllə atdığı üçün birbaşa qırmızı vərəqə alıb.
23 yaşlı oyunçu meydanı tərk edərkən, hakimliyin ünvanına kobud ifadələr işlədib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.