
İngiltərənin "Liverpul" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqası və Çempionlar Kuboku matçında penaltilər seriyasında məğlub olub.
Sportnet.az "Opta Sport"a istinadən xatırladır ki, Mersisayd təmsilçisi buna qədər üç oyunda penaltilər seriyasında qalib gəlib.
Ötən gün 1/8 final mərhələsinin cavab oyununda Fransa PSJ-sini qəbul edən "Liverpul" minimal hesabla uduzub. İlk oyunda eyni hesabla qalib gələn İngiltərə komandası penaltilər seriyasında məğlub olub - 1:4.
Qeyd edək ki, PSJ 1/4 final mərhələsində "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) matçının qalibi ilə qarşılaşacaq. İngilislər ilk oyunda 3:1 hesablı qələbə qazanıb.