
Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Sportnet.az xəbər verir ki, III dövrənin son turunun açılış oyununda "Araz-Naxçıvan" və "Şamaxı" komandaları üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk topu 39-cu dəqiqədə meydan sahiblərindən Bernardo Dias vurub. 68-ci dəqiqədə isə Cəlal Hüseynov bərabərlik qoluna imza atıb.
Beləliklə, xalını 47-yə çatdıran və 7 oyundur qələbə qazana bilməyən "Araz-Naxçıvan" 3-cü pillədə qalıb. Ardıcıl üçüncü oyunda uduzmayan "Şamaxı" isə 28 xalla 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun qalan oyunları 15-16 martda keçiriləcək.
-----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək.
“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Hazırda Naxçıvan təmsilçisi 46 xalla turnir cədvəlinin üçüncü, qonaqlar 27 xalla yeddinci pilləsinə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXVII tur
19:00. “Araz-Naxçıvan” – “Şamaxı” - 1:1
Qollar: Bernardo Dias, 39 - Cəlal Hüseynov, 68
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, turaun digər oyunları martın 15-16-da keçiriləcək.