
"Neftçi" komandası daha bir futbolçusunun xidmətindən məhrum olub.
Sportnet.az xəbər verir ki, qışda "Sabah" klubundan transfer olunan Azərbaycan millisinin yarımmüdafiəçisi cəzalı duruma düşüb.
30 yaşlı oyunçu Premyer Liqada XXVIII turun "Araz-Naxçıvan"la ev oyununun 53-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə olub. Bu, Camalovun 4-cü sarə vərəqəsi olub. O, vərəqələrdən yarısını "Sabah"da, yarısını "Neftçi"də alıb.
Beləliklə, təcrübəli futbolçu sarı vərəqə limitini doldurub. Camalov aprelin 7-də səfərdə "Şamaxı"ya qarşı XXIX tur qarşılaşmasını buraxmalı olacaq.
Bunadək isə o, Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçmiş klubu "Sabah"a qarşı ilk matçda iştirak edə biləcək.
Xatırladaq ki, "Araz-Naxçıvan"la görüşdə Emin Mahmudov və Andrey Ştoqrin zədə üzündən forma geyinməyib. Mustafa Sek və Bassala Sambu isə oyun vaxtı xəsarət alıb. Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə qarşı cavab görüşündə qırmızı vərəqə alaraq, 2 oyunluq diskvalifikasiya edilib. Bu səbəbdən, 28 yaşlı hücumçu "Sabah"a qarşı hər iki görüşü buraxmalı olacaq.