
Azərbaycan Premyer Liqasında XXVIII turun son oyununda üz-üzə gələcək "Zirə" və "Şamaxı" komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi Ayxan Abbasov və hücumçusu Brahim Konate bu görüşü buraxmalı olacaq.
Səbəb hər iki şəxsin sarı vərəqə limitini aşmasıdır. Abbasovun yoxluğunda "Şamaxı"ya texniki zonadan tapşırıqları köməkçisi Elnur Çodarov verəcək.
Konate isə komandanın ən məhsuldar oyunçusudur. Fransalı yarımmüdafiəçi bu mövsüm çempionatda 6 qol vurub.
“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 5. Stefan Aka 4. Ruan Renato 90. Davit Volkov 10. Giorgi Papunaşvili 23. Rafael Utziq 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 29. Ceyhun Nuriyev 30. Rikardo Martins 70. İssa Cibrila 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli 18. Cəlal Hüseynov 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 32. Vasiliye Radenoviç 20. Leroy Mikels (k) 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 66. Vasiliye Bakiç 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov 5. Arsen Ağcabəyov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli
Məşqçi: Elnur Çodarov
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.