
İtaliyanın "Milan" klubunun futbolçusu Kayl Uolker əməliyyat olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin sağ dirsəyində sınıq aşkarlanıb.
Əməliyyatın tam uğurla keçdiyi və təcrübəli oyunçunun dərhal reabilitasiyaya başlayacağı bildirilib.
Qeyd edək ki, Kayl Uolker cari mövsümdə "Milan"ın heyətində 12 oyun keçirib.