
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev "Corum"un heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, XXX turda rəqib "Erzurumspor" komandası olub.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyuna start heyətdə başlayan Diniyev sonadək meydanda olub.
Bu nəticədən sonra "Çorum" 48 xalla 9-cu yerdə qərarlaşıb.