
"Sabah" klubunun baş direktoru Ramin Həsənov Vasili Berezutskinin baş məşqçi postundan istefaya göndərilməsinin mümkünlüyü ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, Həsənov "Çempionat" nəşrinə açıqlamasında məlumatı təkzib edib.
"Klubun Berezutskini istefaya göndərəcəyi doğru deyil", - deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda "Sabah" Azərbaycan Premyer Liqasında 29 oyundan 36 xalla 5-ci yerdə gedir. Klub rəhbərliyinin nəticələrdən narazı olduğu və Vasili Berezutskini qovmağa hazırlaşdığı bildirilir.