
UEFA Çempionlar Liqasında İspaniya "Barselona"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə het-trik edən Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Seru Girassi 13 qolla bombardirlər siyahısında liderliyə yüksəlib.
Sportnet.az xəbər verir ki, qvineyalı hücumçu məhsuldar oyunçuların sıralamasında “Barselona”lı Rafinyanı (12 qol) qabaqlayıb.
İlk üçlüyü 11 qol vuran Kataloniya komandasının polşalı hücumçusu Robert Levandovski tamamlayır.
Qeyd edək ki, “Borussiya” iki oyunun nəticəsinə görə (0:4, 3:1) “Barselona”ya uduzaraq, mübarizəni dayandırıb.