
Məşhur futbol şərhçisi Konstantin Geniç 23 milyon rubla (482 min manat) yeni mənzil alıb.
Sportnet.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis "Sports.ru" saytına müsahibəsində deyib.
O, yeni mülkünün ona ucuz başa gəldiyini bildirib: "Evin sahibləri köçdükləri üçün normal qiymət təyin etmişdilər. Qonşu mənzillər ikiqat qiymətədir. Mənə isə 23 milyon rubla başa gəldi. Məbləği toplamaq üçün evimi və maşınımı da satmalı oldum. Mənzilə girdiyimiz zaman isə içi boş idi.
Təmir və təchizat üçün borc götürməli oldum. Həyat yoldaşım və uşaqlarım doğru addım atdığımı söyləyirlər. İndi borclarım var, buna görə də yaxın zamanda əyləncəli həyatımız olmayacaq".
Qeyd edək ki, Konstantin Geniç daha əvvəl peşəkar futbolçu olub. O, 2024-cü ildə 20 milyon rubla (419 min manat) yaxın vəsaiti qumarda uduzması ilə gündəmə gəlmişdi.