
İspaniyanın paytaxtı Madriddə idman dünyasının "Oskar"ı sayılan "Laureus" mükafatlarının sahibləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, tədbirdə sabiq tanınmış idmançılardan ibarət 42 üzvün seçdiyi ən yaxşılar təltif olunub.
ABŞ idman gimnastı Simone Bayls 2024-cü ilin ən yaxşı qadın idmançı, isveçli şüvüllə tullanan Arman Düplantis isə ən yaxşı kişi idmançı sayılıb.
İspaniya "Barselona"sının futbolçusu Lamin Yamal "gələcək vəd edən idmançı", braziliyalı gimnast Rebeka Andrade "ən yaxşı qayıdış edən idmançı", ingiltərəli velosipedçi Tomas Pidkok "ilin fəal idmançısı", çinli üzgüçü Jianq Yuyan "ilin para-idmançısı", ABŞ sörfinqçisi Kelli Slater "ömür boyu uğur qazanan idmançı" satılıb.
İspaniya "Real Madrid"i "ilin komandası", karyerasını bitirən ispaniyalı tennisçi Rafael Nadal "idman ikonası" mükafatını alıb.