
Türkiyənin "Qalatasaray" və İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Didye Droqba ABŞ-nin "İnter Mayami" komandasının üzvü Lionel Messiyə karyerasını bitirməyi məsləhət görüb.
Sportnet.az xəbər verir ku, bu barədə Kot-d'İvuar millisinin sabiq hücumçusu "Give me Sport" nəşrinə açıqlamasında deyib.
"Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, artıq futbol üçün çox şey edib. Son Dünya Çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!", - deyə Droqba bildirib.
Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə iştirak etdiyi 49 matçda 42 qol və 21 məhsuldar ötürmə müəllifi olub. Argentinalı futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna kimidir.