
"Çempionluq titulunu qazandığımız üçün sevicliyik".
Bunu "Qarabağ"ın qapıçısı Fabian Buntiç səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
28 yaşlı qolkiper oyuna diktə edən tərəf olduqlarını bildirib: "İlk yarıda biz yaxşı oynadıq. “Sabah” yaxşı komandadır. İkinci yarıda hesabı bərabərləşdirdilər, hücuma keçdilər və təhlükəli vəziyyətlər yaratdılar. Biz oyuna diktə edən tərəf biz idik. Belə durumlarda vəziyyəti idarə etmək üçün və rəqibin üstümüzə gəlməməsi üçün daha sakit qalmalıyıq“.
Buntiç mayın 31-də Azərbaycan Kubokunun finalında "Sabah"a qarşı keçirəcəkləri matçda da titul qazanmaq istədiklərini bildirib: "Kuboku qazanmaq üçün yolumuza davam edəcəyik".