
"Zirə" klubunun futbolçusu Salifu Sumaya müxtəlif ölkələrin bir çox klublundan təklif gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 21 yaşlı cinah yarımmüdafiəçisinin agenti Yussef Mussaid sport24.ru-ya açıqlama verib.
Lakin o, klubların adlarını açıqlamayıb: "Konkret klublar barədə heç nə deyə bilmərəm. Lakin mən müxtəlif ölkələrin bir çox komandaları ilə əlaqədəyəm. Salifuya Rusiyadan da maraq var. Biz bir sıra klublarla ünsiyyətdəyik".
Vingerə İngiltərə, Fransa, Türkiyə, Ukrayna və Bolqarıstan klublarından təklif gəldiyi, Rusiyadan maraqlanan komandanın isə Moskva "Spartak"ı olduğu bildirilir.
Qeyd edək ki, bu mövsüm Salifu Suma "Zirə"də 37 oyuna 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Suma hazırda komandasının ən məhsuldar oyunçusu olmaqla yanaşı, Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında ikinci yerdə gedir. Transfermarkt ona 850 min avro qiymət qoyub.