
Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən Halk karyerası ərzində vurduğu qolların sayına görə “Santos”un futbolçusu Neymarı geridə qoyub.
Sportnet.az xəbər verir ki, 39 yaşlı hücumçu son olaraq, aprelin 29-da, Braziliya Kubokunun 1/16 final mərhələsinin “Malinqa” ilə oyununda (2:2) fərqlənib.
Bu qol onun karyerasında 443-cü olub.
Halk hazırda dünyanın ən aktiv bombardirləri siyahısında 9-cu yerə yüksəlib. Neymarın hesabında isə 442 qol var.
Siyahıya 934 qolla Kriştianu Ronaldu başçılıq edir.
Dünyanın ən yaxşı aktiv bombardirləri reytinqi:
1. Kriştianu Ronaldu – 934 qol
2. Lionel Messi – 858 qol
3. Robert Levandovski – 710 qol
4. Luis Suares – 587 qol
5. Kərim Benzema – 494 qol
6. Edinson Kavani – 462 qol
7. Harri Keyn – 447 qol
8. Edin Dzeko – 446 qol
9. Halk – 443 qol
10. Neymar – 442 qol.