
Martsella Liçka Rusiyanın "Dinamo" (Moskva) komandasının baş məşqçi postundan kənarlaşdırılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çexiyalı mütəxəssisə kollektivə hücum futbolu aşıladığı və 2023/2024 mövsümündə bürünc medal qazandırdığı üçün minnətdarlıq ifadə olunub.
Ona gələcək karyerasında uğurlar arzulanıb.
Liçka "Dinamo"ya 2023-cü ilin iyununda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt təmsilçisi bu mövsüm 26 oyundan 47 xalla 5-ci yeri tutur.
Qeyd edək ki, "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov bu mövsümdən "Dinamo"da forma geyinir.