
Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu vəzifəyə ispaniyalı Xulen Lopeteqi təyin olunub.
59 yaşlı mütəxəssislə 2027-ci ilə qədər qüvvədə olan müqavilə imzalanıb.
Lopeteqi son olaraq İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi olub. O, daha əvvəl İspaniya millisi və “Real Madrid”in də sükanı arxasında olub.
Qeyd edək ki, Xulen Lopeteqi bu postda Luis Qarsiyanı əvəzləyib.