
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə İtaliya “İnter”ı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşan qarşılaşmanın əlavə vaxtında İspaniya "Barselona"sının qapısına qələbə topunu vuraraq finala yüksəlib.
Sportnet.az xəbər verir ki, tarixə keçəcək qarşılaşmaya bir çox oyunçu damğa vurarkən, "İnter"in qapıçısı Yann Zommer matçın qəhramanı olub.
İsveçrəli qolkiper 2 oyunda 14 qurtarış edərək cavab görüşündə matçın oyunçusu seçilib. Bu, son 15 Çempionlar Liqasının yarımfinal görüşlərinin ən yaxşı ikinci göstəricisidir.
Qeyd edək ki, "İnter" Zommeri 2023-cü ildə - Andre Onananı İngiltərə "Manester Yunayted"inə 50 milyon avroya satdıqdan sonra Almaniya "Bavariya"sından cəmi 6 milyon avroya transfer edib. Onana "Mançester Yunayted"də tənqid olunduğu halda, 37 yaşlı Zommer isə komandasını finala daşıdı.