
“Qarabağ”ın portuqaliyalı futbolçusu Leandro Andrade zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu, hazırda “Azersun Arena”da “Araz-Naxçıvan”a qarşı ev oyununun 21-ci dəqiqəsində baş verib.
26 yaşlı yarımmüdafiəçi ayağında yaranan narahatlıq səbəbindən oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Kadi Borges daxil olub.
Hazırda davam edən qarşılaşmada Musa Qurbanlının qolundan sonra “köhlən atlar” 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Leandro Andrade 14 qolla bombardirlər siyahısında liderdir.