
İngiltərənin “Mançester Siti” klubu 2025/2026 mövsümündə geyinəcəyi yeni ev formasını təqdim edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma Almaniyanın məşhur idman brendi "Puma" tərəfindən hazırlanıb.
Klub tarixində ilk dəfə ev formasında “Siti”nin əvvəlki səfər formalarında simvolik hala çevrilmiş meyilli (diaqonal) zolaq – “poyşok” yer alıb.
Qeyd olunur ki, “Mançester Siti”nin əsas kişi komandası bu yeni ev formasında ilk dəfə bu yay ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında çıxış edəcək.
Hazırda “şəhərlilər” İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar. Çempionluğu isə artıq vaxtından əvvəl “Liverpul” rəsmiləşdirib.
Bundan əlavə, “Mançester Siti” UEFA Çempionlar Liqasında da uğursuz çıxış edib və 2012/2013 mövsümündən bəri ilk dəfə turnirin 1/8 final mərhələsinə yüksələ bilməyib.