
Ən sürətli futbolçular arasında yeni rekord müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Portuqaliya çempionatının XXXIII turunun "Santa Klara" - "Famalikao" (2:1) oyununda baş verib.
Belə ki, matçın əsas hissəsinə əlavə edilmiş dəqiqədə meydan sahiblərinin hücumçusu Qabriel Silva sprint zamanı 40,3 km/saat sürətə çatıb. Göstərici "STATSports"un GPS məlumatlarından istifadə etməklə qeydə alınıb.
Silva İngiltərənin “Nyukasl Yunayted” klubunun mərkəz müdafiəçisi Sven Botmanın 39,21 km/saat sürətini keçərək yeni dünya rekordu müəyyənləşdirib.