
"Əl İttihad" klubu vaxtından əvvəl Səudiyyə Ərəbistanı çempionluğunu təmin edib.
Sportnet.az xəbər verir ki, Ciddə şəhərini təmsil edən komanda XXXII turda "Əl Raed" üzərində qələbə qazanıb - 3:1.
Baş məşqçi Loran Blanın rəhbərliyi altında Kərim Benzema və NQolo Kantenin çıxış etdiyi kollektiv indi ən yaxın izləyicisi "Əl Hilal"ı 9 xal qabaqlayır. "Əl Hilal" son 3 oyununda qələbə qazanaraq, xallarını bərabərləşdirsə belə, əlavə göstəricilərdə "Əl İttihad"ı keçə bilməyəcək.
Qeyd edək ki, "Əl İttihad" tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı çempionu olaraq, bu göstəricidə "Əl Nəsr"i geridə qoyub. Rekordçu isə 19 titula malik "Əl Hilal"dır.