
FIFA rəhbəri Canni İnfantinonun ABŞ prezidenti Donald Trampın turuna qatıldığı üçün FIFA-nın konqresinə gecikib.
Sportnet.az xəbər verir ki, bu, UEFA tərəfindən etirazla qarşılaşıb.
Avropa futbolunun ali qurumu İnfantinonu gecikdiyi üçün tənqid edib.
"FIFA Konqresinin cədvəlində son dəqiqə dəyişiklikləri çox təəssüf doğurur. Bu, konqres dünya futbolunun ən mühüm hadisələrindən biridir və 211 ölkənin nümayəndələrini bütün dünyada idmana təsir edən məsələləri müzakirə etmək üçün bir araya gətirir.
Tədbirin təşkilatçısı Paraqvay Futbol Federasiyası və KONMEBOL-dakı tərəfdaşlarımız bu qədər nümayəndəni qəbul etmək üçün böyük səy göstərdilər və biz onlara qonaqpərvərliyə görə təşəkkür edirik. Amma son anda cədvəlin dəyişdirilməsi, zahirən sadəcə, şəxsi siyasi maraqlara uyğun gəlsə də, futbola heç bir fayda vermir", - deyə UEFA-dan bildirilib.
İnfantino isə öz növbəsində Yaxın Şərqdə futbolla bağlı mühüm müzakirələr apardığını söyləyərək gecikdiyi üçün üzr istəyib: "FIFA prezidenti kimi təşkilatın maraqlarına uyğun qərarlar qəbul etməyə borcluyam. 2034-cü ildə dünya çempionatının Səudiyyə Ərəbistanında, 2022-ci ildə isə Qətərdə keçirildiyi üçün son iki günü Yaxın Şərqdə olmağa qərar verdim.
2025 FIFA Klublararası Dünya Çempionatı və DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialla bağlı mühüm müzakirələr oldu və mən futbolu və sizin hamınızı təmsil etmək üçün orada olmağı vacib hiss etdim.
Uçuşumuzda bəzi problemlər yarandı və bu gecikməyə səbəb oldu. Üzr istəyirəm. Sizinlə burada vaxt keçirməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Canni İnfantino FIFA-nın Paraqvayda təşkil olunacnan 75-ci Konqresinə üç saat gecikib. O, bu həftə Səudiyyə Ərəbistanı və Qətərə səfər edərək ABŞ prezidenti Donald Tramp və hər iki ölkənin liderləri ilə görüşüb.
Konqresdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov da iştirak edib.