
İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta növbəti müddətə namizəd olmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, 63 yaşlı funksioner bu barədə "Barca Universal"a açıqlamasında deyib.
"Biz klubu xilas etdik. Layihəmiz davam etməyə layiqdir", - deyə Laporta bildirib.
Qeyd edək ki, Joan Laporta 2003-2010-cu illərdə "Barselona"nın prezidenti olub. O, 2021-ci ilin martından yenidən bu posta seçilib. Kataloniya təmsilçisi 2024/25 mövsümündə İspaniya La Liqası, İspaniya Kuboku və İspaniya Superkubokunun qalibi olub.