
İspaniyanın “Real Madrid” klubu keçmiş hücumçusu Kriştianu Ronaldunun oğlu Kiçik Kriştianu Ronaldu ilə maraqlanır.
Sportnet.az “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” 14 yaşlı futbolçunu Portuqaliya U-15 millisinin Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya yığmasına qarşı debüt oyununda izləyib. Həmin görüşdə portuqaliyalılar rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər.
Qeyd olunur ki, Kiçik Ronaldurun inkişafını izləmək barədə göstərişi “Real Madrid”in prezidenti Florentino Peres şəxsən verib. İspaniya nəhəngi gələcəkdə gənc portuqaliyalını heyətinə qatmağı mümkünsüz saymır. Eyni zamanda, 14 yaşlı futbolçunun inkişafını “Mançester Yunayted”, “Tottenhem” və bir neçə Almaniya klubu da yaxından izləyir.
Qeyd edək ki, Kiçik Ronaldu hazırda klub səviyyəsində atasının çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in gənclər komandasında oynayır.