
İngiltərə Kubokunun final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici qarşılaşmada “Kristal Pelas” gözlənilmədən “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edib.
Oyunda yeganə qolu 16-cı dəqiqədə yarımmüdafiəçisi Ebereçi Eze vurub. Matçın 36-cı dəqiqəsində “Mançester Siti” penaltidən yararlana bilməyib. Misirli Ömər Marmuşun zərbəsini “qırmızı-göylər”in qapıçısı Din Henderson dəf edib.
“Kristal Pelas” tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb. Bu, klubun tarixində ən böyük uğurudur.
Ölkə kubokuna sahib çıxan London təmsilçisi Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.