
Rusiyanın MOİK klubunun UEFA Kubokunda qələbəsinin 20-ci ildönümünə həsr olunmuş oyunda ulduzlar komandasının baş məşqçisi Aleksandr Mostovoy olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə ordu komandasının kommunikasiyalar üzrə direktoru Kirill Breydo mətbuat konfransında bildirib.
Qala matçı bu gün Moskvada MOİK-in doğma stadionu “VEB Arena”da təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
MOİK 2004/05 mövsümünün UEFA Kubokunun finalında Portuqaliya "Sportinq"ini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Aleksandr Mostovoy “Spartak”ın heyətində iki dəfə SSRİ çempionu olub. Yoldaşlıq oyununda “Sabah” komandasının baş məşqçisi Vasili Berezutski də iştirak edəcək.