
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe iki yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, fransalı futbolçu buna İspaniya La Liqasının 37-ci turunda səfərdə “Sevilya”nı 2:0 hesabı ilə məğlub etdikləri oyunda qol vuraraq nail olub.
Bu qol Mbappenin "kraı klubu"nda debüt mövsümündə bütün yarışlarda 41-ci qolu olub ki, bu da yeni klub rekordudur. Mbappenin gəlişindən əvvəl rekord İvan Zamoranoya (37) məxsus idi.
Mbappe həmçinin La Liqada 29 qol vuraraq analoji rekorda imza atıb. 27 yaşlı hücumçudan əvvəl rekordçu Alfredo Di Stefano idi (27).
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından “Real Madrid”dədir.