
Həyatda qeyri-mümkün heç nə yoxdur, amma hazırda bu barədə düşünmürük.
Sportnet.az “Football Espana” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin hücumçusu Erlinq Holanı transfer etmək imkanlarından danışarkən bildirib.
Laporta deyib: “Holan "Mançester Siti" ilə müqaviləsini təzəlikcə uzadıb. Onun klubumuza transferi hazırda gündəmdə deyil. Niko Uilyams? O, ötən mövsüm namizədlərdən biri idi, lakin biz Olmo ilə razılaşdıq. İndi başqa variantlar nəzərdən keçirilir”.
Qeyd edək ki, “Barselona”nın gələn ilin yayında norveçli hücumçusunu transfer etmək üçün iddialı planının olması barədə xəbərlər yayılıb. 2022-ci ildən Mançesterdə çıxış edən Holanın klubu ilə müqaviləsi 2034-cü ilə qədərdir.