
AFFA İntizam Komitəsi "Zirə" və "Şamaxı" klublarını cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" Azərbaycan Premyer Liqasında XXXV turun “Sabah” komandası ilə ev oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə 800 manat cərimələnib.
"Şamaxı” isə “Araz-Naxçıvan”la qarşılaşma zamanı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb.