
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində A qrupunun Albaniya – Almaniya oyununun baş hakimi olacaq.
Ona finlandiyalı Olli Yantunen və xorvatiyalı Luka Payiç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolariç yerinə yetirəcək.
Qrup mərhələsinin II tur qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu Umudlu əvəzləyib.