
“Real Madrid”in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo İspaniyanın “Valyadolid” klubundakı səhmlərini satıb.
Sportnet.az xəbər verir ki, bu barədə “Valyadolid”in mətbuat xidməti məlumat yayıb.
Klubdan yayılan məlumatda bildirilir: “Valyadolid” klubunun İdarə Heyətinin sədri və əsas səhmdarı Ronaldo Luis Nazario de Lima klubun əsas payını Avropa fondunun maliyyə dəstəyi ilə Şimali Amerika investisiya qrupuna verilməsi ilə bağlı müqaviləni imzalayıb. Yeni layihə ilə bağlı ətraflı məlumat yaxın günlərdə klubun rəsmi saytında elan ediləcək”.
Braziliyalı 2018-ci ildə İspaniya klubunun sahibi olub.
Qeyd edək ki, “Valyadolid” turnir cədvəlində sonuncu yerdədir. Komanda 37 görüşdən sonra 16 xal toplayıb və yüksək liqada qalmaq şanslarını itirib.