
İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində “Vulverhempton”un futbolçusu Mateus Kunyanı heyətinə qatacaq.
Sportnet.az məşhur insayder Nikolo Skiraya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qarşı tərəflə braziliyalı hücumçunun keçidini 70 milyon avroya razılaşdırıb.
Mançester təmsilçisi bu məbləği üç dəfəyə ödəyəcək. 25 yaşlı oyunçu ilə isə 2030-cu ilin yayına qədər müddəti olan müqavilə bağlanacaq.
Qeyd edək ki, Mateus Kunya cari mövsüm ərzində meydana çıxdığı 35 oyunda 17 qol və 6 məhsuldar ötürmə müəllifi olub.