
Finalda “Benfika”nı məğlub edən “Sportinq” Portuqaliya Kubokunu qazanıb.
Sportnet.az xəbər verir ki, “Benfika” qələbəyə çox yaxın olub. Matçın 47-ci dəqiqəsində türkiyəli yarımmüdafiəçisi Orkun Kökcü həmyerlisi Kərəm Aktürkoğlunun ötürməsini qola çevirib. Oyunun 90+11-ci dəqiqəsində “Sportinq”in isveçli hücumçusu Viktor Qyökereş hesabı bərabərləşdirib.
Əlavə vaxtda daha 2 qol vuran “Sportinq” 3:1 hesabı ilə qələbə qazanıb. “Sportinq” 18-ci dəfə ölkə kubokunun qalibi olub.
Yada salaq ki, cari mövsümdə “Sportinq” Portuqaliya çempionu adına da sahib çıxıb.