
"Kim mənim yerimdə olsa, istəyər ki, mübarizəyə UEFA Avropa Liqasından başlasın".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun "Qarabağ" - "Sabah" finalı ilə bağlı Sportnet.az-a danışarkən deyib.
43 yaşlı mütəxəssis "Sabah"ın da titula layiq olduğunu söyləyib: "Qarşı tərəfdə də 10 ilə yaxındır Azərbaycan futboluna böyük töhfə verən "Sabah" komandasıdır.
Onların da kuboku qazanması məni sevindirər. Çünki titul qazanmağa və avrokuboklara getməyə layiqdirlər. Təbii ki, Avropa Liqasından başlamaq bir məğlubiyyət limiti deməkdir. O baxımdan, məhz Avropa Liqasından başlamaq istəyərik. Hansı komanda qazanarsa, sevinəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu mayın 31-də keçiriləcək. Azərbaycan Kubokunun finalında Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə, "Zirə" birbaşa Avropa Liqasına, Masazır təmsilçisinin qələbəsində isə Konfrans Liqasına yollanacaq.