
"Liverpul"un futbolçusu Luis Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, "Əl-Nəsr" kolumbiyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ərəblər Dias üçün "Liverpul"la danışıqlara başlamağa hazırlaşır. "Əl-Nəsr" 28 yaşlı oyunçu üçün İngiltərə klubuna 85 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.