
Portuqaliyalı mütəxəssis Serxio Konseysao “Milan”ın baş məşqçi postundan uzaqlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
50 yaşlı çalışdırıcı 30 dekabr 2024-cü ildən komandaya rəhbərlik edirdi.
Mətbuatda italyalı məşqçi Massimiliano Alleqrinin “Milan”a qayıtmağa yaxın olduğu barədə məlumatlar yayılıb. Onun “Milan”la iki illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, "Milan" A Seriyasında mövsümü 63 xalla səkkizinci yerdə başa vurub.