
Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Robbi Kin təntənəli mərasim vaxtı alnını zədələyib.
Sportnet.az xəbər verir ki, komandanın qazandığı sayca 36-cı çempionluq kubokunu qaldırarkən irlandiyalı mütəxəssis xəsarət alıb.
Kubokun alt hissəsi ötənlərin məşhur futbolçusunun alnını kəsib və nəticədə qan açılıb.
Kin həmin hissəyə bir neçə tikişin atıldığını və hazırda hər şeyin qaydasında olduğunu bildirib: Bu, mənim çempionluq sevincimə heç cür təsir etmədi. Hər şey yaxşıdır, mən tam qaydasındayam".
Qeyd edək ki, "Fererntsvaroş"un heyətində "Qarabağ"ın sabiq futbolçusu Julio Romao da çempion olub.