
Türkiyənin “Fənərbağça” klubu futbolçuları Edin Dzeko və Duşan Tadiçlə yollarını ayıracağını açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək. Onlar 2023-cü ilin yayından “sarı-lacivərt”lərin şərəfini qoruyurdu.
39 yaşlı Dzeko cari mövsüm ərzində meydana çıxdığı 53 matçda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
37 yaşlı Tadiç isə 53 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə Super Liqasında 81 xalla 2-ci pillədə qərarlaşıb. Komanda bu gün evdə “Konyaspor”la sonuncu oyununu keçirəcək.