
İngiltərənin “Mançester Yunayted” klubundan ayrılan Conni Evans peşəkar karyerasını bitirib.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
37 yaşlı müdafiəçi karyerası ərzində Belçikada “Royal Antverp”, İngiltərədə “Sanderland”, “Vest Bromviç” və “Lester Siti”nin də şərəfini qoruyub. O, 2006-2024-cü illərdə Şimali İrlandiya yığmasında çıxış edib.
Qeyd edək ki, Conni Evans karyerası ərzində 3 İngiltərə Premyer Liqası, 2 İngiltərə Kuboku, 2 İngiltərə Liqa Kuboku, 4 İngiltərə Superkuboku, 1 UEFA Çempionlar Liqası və 1 dəfə FIFA Klublar arası Dünya Çempionatının qalibi olub.